İşgəncəyə məruz qaldığı iddia edilənlərin heç biri Azərbaycan vətəndaşı deyil - RƏSMİ
11 avqust 2020 18:28 (UTC +04:00)

İşgəncəyə məruz qaldığı iddia edilənlərin heç biri Azərbaycan vətəndaşı deyil - RƏSMİ

Sosial şəbəkələrdə bir qrup şəxsin işgəncəyə məruz qalmasını əks etdirən fotolar yayılıb.

Lent.az-ın məlumatına görə, fotolarda bir qrup şəxsin üzü üstə uzadıldığı, onlardan bəzilərinin çılpaq vəziyyətdə olduğu əks olunub. Fotoları yayanlar görüntünün Azərbaycanda lentə alındığını, həmin şəxslərin işgəncəyə məruz qaldığını iddia ediblər. Başqa bir fotodakı şəxsin isə polis orqanları ilə əməkdaşlıq etdiyi qeyd olunur.  

Daxili İşlər Nazirliyi fotolara və saxlanılan şəxslərin işgəncələrə məruz qalmasına dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Lent.az-a bildirib ki, yayılan fotolarla bağlı araşdırma aparılıb: “Məlum oldu ki, bu fotolar məqsədli şəkildə əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycanın hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədi ilə yayılıb. Belə ki, həmin fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil, görüntülər də ölkəmizdə lentə alınmayıb. Bu fotolar Azərbaycandan kənarda çəkilib. Fotolarda əks olunan Azərbaycan bayrağına gəldikdə, deyə bilərəm ki, onu ora məqsədli şəkildə qoyublar”.

E. Zahidov avtomobilin qarşısında fotosu yayılan şəxsin isə hüquq-mühafizə orqanlarında çalışmadığını bildirib: “Həmin şəxslə bağlı da araşdırma aparılıb. Məlum oldu ki, həmin şəxs Azərbaycan vətəndaşı olsa da, ümumiyyətlə hüquq-mühafizə orqanlarında işləmir. O rayonlardan birində yaşayır və onun hüquq-mühafizə orqanları ilə heç bir əlaqəsi yoxdur”.

# 4189
avatar

Oxşar yazılar

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

25 aprel 2024 , 17:22
Ana 7 aylıq körpəsini yolun ortasına  atdı

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

25 aprel 2024 , 17:17
Kütləvi dava zamanı polisi bıçaqladılar

Kütləvi dava zamanı polisi bıçaqladılar

25 aprel 2024 , 16:44
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

25 aprel 2024 , 15:36
Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

25 aprel 2024 , 15:16
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

25 aprel 2024 , 14:43
Xocalıda yeni insan qalıqları  tapıldı - VİDEO

Xocalıda yeni insan qalıqları tapıldı - VİDEO

25 aprel 2024 , 14:33
Rauf Nağıyev TƏBİB-i məhkəmədə uddu

Rauf Nağıyev TƏBİB-i məhkəmədə uddu

25 aprel 2024 , 14:23