İşçisi maska və əlcəksiz işləyən obyekt sahibləri cərimələndi - FOTO - VİDEO
28 iyul 2020 18:06 (UTC +04:00)

İşçisi maska və əlcəksiz işləyən obyekt sahibləri cərimələndi - FOTO - VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Reydlər zamanı alıcıların içəriyə maskasız daxil olmağına göz yuman market əməkdaşları məsuliyyətə cəlb ediliblər. Həmçinin kassirləri maska və əlcəksiz işləyən obyekt sahibləri barəsində də protokollar tərtib olunub.

Reyd zamanı banklar və kassalar önündə sıxlığın yaranmasının qarşısını almaq məqsədi ilə polislər tərəfindən orada insanların növbə ilə dayanması da təşkil edilib.

Tədbir zamanı Sumqayıt şəhərindəki apteklərdə sanitar-gigiyenik qaydalara əməl etməyək tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində ciddi intizam tədbirləri görülüb.

Tədbir zamanı həmçinin avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər və sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər.

Sumqayıt şəhəri ərazisində karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək və təsdiq edilmiş sanitar-karantin qaydalarına əməl etməyən şəxslər barəsində sərt intizam tədbirləri görüləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2767
avatar

Mehman Nəbiyev

Oxşar yazılar