İranlı tələbələr Ermənistan səfirliyi qarşısına toplaşdı - ETİRAZ
17 sentyabr 2020 11:20 (UTC +04:00)

İranlı tələbələr Ermənistan səfirliyi qarşısına toplaşdı - ETİRAZ

0

Ermənistanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. 

APA-nın Tehran bürosunun məlumatına görə, Ermənistanın İsraildə səfirlik açmasına etiraz edən bir qrup iranlı tələbə ötən gün Tehranda Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər.

Aksiya iştirakçıları Ermənistan hökumətini bu qərarını yenidən nəzərdən keçirməyə çağırıblar.

Aksiya iştirakçıları Ermənistanın İsraildə səfirlik açmasını İranın əleyhinə olan addım kimi qiymətləndiriblər və bəyan ediblər ki, bu, İranın xarici siyasəti ilə bağlı əsas qərarlarına təsir göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1979

Oxşar yazılar