Cəlilabadda kənd ərazisində külli miqdarda narkotik maddə tapılıb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 3-də Üçtəpə kəndi ərazisindən tapılmış 2 ədəd çantaya baxış keçirilib.
Buzaman 3 kiloqram 840 qrama yaxın heroin, 2 kiloqram 760 qram həşiş, 1 kiloqramdan artıq tiryək, 1 kiloqrama yaxın metamfetamin və 500 ədəd metadon həbi aşkar edilərək götürülüb.