İranda növbəti prezident seçkilərinin keçiriləcəyi vaxt açıqlanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, İran daxili işlər nazirinin müavini Camal Ürf deyib ki, 13-cü prezident seçkiləri 2021-ci il iyun ayının 18-də keçiriləcək.
O, həmçinin, 11-ci çağırış parlament seçkilərinin ikinci mərhələsinin cari ilin sentyabr ayının 11-də keçiriləcəyini söyləyib.
Parlament seçkilərinin ikinci mərhələsi 9 əyalət və 24 şəhərdə 11 seçki dairəsi üzrə təşkil olunacaq.
"Koronavirus epidemiyasına görə, seçkiyə qatılacaq namizədlərin seçicilərlə canlı toplantı keçirilməsi qadağan olunacaq", - deyə o bildirib.
C. Ürf onu da əlavə edib ki, ölkədə 118 partiya rəsmi qeydiyyatdan keçib.