İran vurduğu “Boeing”ə görə kompensasiya ödəməyə razılıq verdi
31 iyul 2020 08:23 (UTC +04:00)

İran vurduğu “Boeing”ə görə kompensasiya ödəməyə razılıq verdi

İran hökuməti bu il yanvarın 8-də Tehran hava limanından ayrıldıqdan sonra vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737”-də ölən sərnişinlərə görə təzminat ödəməyə hazırdır. 

APA İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi açıqlamasında bildirib.

İran rəhbərliyi vurulan hava gəmisinə görə təzminat ödəməyə razılıq verdiyini deyən diplomat əlavə edib ki, bu prosesin texniki və hüquqi baxımdan vaxt aparacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1657
avatar

Oxşar yazılar