İki rayonda ev yanıb
08 noyabr 2020 09:17 (UTC +04:00)

İki rayonda ev yanıb

0

Hacıqabul və Sabirabad rayonlarında yanğın olub.

Fövqəladə HallarNazirliyindən Lent.az-a verilən məlumata görə, Hacıqabul rayonunun Atbulaq kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sabirabad rayonunun Qaragüney kəndində də ev yanıb. Məlumata görə, ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 110 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi, bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 849

Oxşar yazılar