Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisələri baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Sündü kənd sakini, 63 yaşlı Qəndilə Abuzərova və Nabur kənd sakini, 27 yaşlı Ramilə Aydəmirova yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Onlar Qobustan və Şamaxı rayon Mərkəzi Xəstəxanalarına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.