İki koronavirus xəstəsi müalicə aldıqları yeri tərk etdi
02 dekabr 2020 09:50 (UTC +04:00)

İki koronavirus xəstəsi müalicə aldıqları yeri tərk etdi

Bərdədə müalicə aldıqları ünvanı tərk edən 2 COVID-19 xəstəsi müəyyən edilib.

 DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a  verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etmiş 2 rayon sakini – A. Bayramov və B. Bəhrami müəyyən edilib.

Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar. Onlarla bir daha  profilaktiki səpkidə söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Hazırda Bərdə rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

# 1378
avatar

Mehman Nəbiyev

Oxşar yazılar