Bakının Binəqədi rayonunda pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.Cəfərovun və S.Bəyalıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların daha 2 evdən ümumilikdə 6700 manat, 700 ABŞ dolları və 550 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.