İki "Jiquli" toqquşdu, 4 nəfər xəstəxanaya düşdü
13 may 2020 18:40 (UTC +04:00)

İki "Jiquli" toqquşdu, 4 nəfər xəstəxanaya düşdü

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, "VAZ-2107" markalı avtomobil "VAZ-21099"  markalı maşınla toqquşub.

Nəticədə Göyçay rayon sakinləri - 47 yaşlı Nəzakət Soltan qızı Hacıyeva, 44 yaşlı Rahib Məcnun oğlu Süleymanov, 23 yaşlı Elçin Rafiq oğlu Tanrıverdiyev və Ucar rayon sakini, 31 yaşlı Anar Faiq oğlu Süleymanov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2482
avatar

Oxşar yazılar