Ağstafada narkotik bitkilər əkən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, iyunun 23-də Ağstafa rayon Polis Şöbəsi əməkdaşları Göycəli kənd sakini, 36 yaşlı Vaqif Mehdiyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlayıblar. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V. Mehdiyev şəxsi istifadəsi üçün becərdiyini bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.