Həyat yoldaşı ilə dəm qazından zəhərlənən ər dünyasını dəyişdi - YENİLƏNİB
30 yanvar 2020 22:29 (UTC +04:00)

Həyat yoldaşı ilə dəm qazından zəhərlənən ər dünyasını dəyişdi - YENİLƏNİB

0

 

Şirvanda dəm qazından zəhərlənmə hadisəsi şəhərin M.Mirzəyev 23 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə,  Şirvan sakinləri olan ər və arvad – 1978-ci il təvəllüdlü Asim Süleymanov və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Süleymanova Zeynəb Akif qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. 

Asim Süleymanov reanimasiyaya daxil olana qədər yolda keçindiyi qeyd edilir. 

Faktla bağlı araşdırma aparılır.

 

21:00

 

Şirvan şəhərində iki nəfər dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, 42 yaşlı Asim Süleymanov və onun həyat yoldaşı   Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

A.Süleymanov dünyasını dəyişib, həyat yoldaşı isə reanimasiyaya yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2715

Oxşar yazılar