“Hərbi cinayətlərlə bağlı Hərbi Prokurorluq tərəfindən 27 sentyabrdan bu günə 5 cinayət işi başlanıb”.
APA-nın məlumatına görə, bunu Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, bu cinayətlərlə bağlı hərbi prokurorluğun əməkdaşları aidiyyəti üzrə hadisə yerlərində istintaq materialları toplayıb, istintaq aparılır.