Həmyerlisini dəmir parçası ilə vuran şəxs saxlanıldı
24 avqust 2020 11:32 (UTC +04:00)

Həmyerlisini dəmir parçası ilə vuran şəxs saxlanıldı

Göygöldə həmyerlisini vuran şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü Abbaslı Nazim Araz oğlu ilə 1981-ci il təvəllüdlü Niftəliyev Natiq Nizami oğlu arasında mübahisə yaranıb. 

Bu zaman N.Abbaslı dəmir parçası ilə Niftəliyev Natiqin qarnına xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1423
avatar

Oxşar yazılar