Hamilə qadını güllələyən saxlanıldı: görün kimdir?  - YENİLƏNİB
12 may 2020 09:49 (UTC +04:00)

Hamilə qadını güllələyən saxlanıldı: görün kimdir? - YENİLƏNİB

Kürdəmirdə hamilə qadını qaynı güllələyib. 

 

APA-nın məlumatına görə, hadisə rayonun Sığırlı kəndində baş verib. 

 

Kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşı arvadı Könül İbrahim qızı Mövlayevaya atəş açaraq güllələyib. Qadın Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Hadisəni törədən R. Mövlayeva polis tərəfindən saxlanılıb. 

 

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilə olub.

 

11 may 22:36

Kürdəmir sakini güllə yarası alıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sığırlı kəndində baş verib. 

Könül İbrahim qızı Mövlayeva naməlum şəraitdə güllə yarası alıb. O, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Həkimlər zərərçəkənin vəziyyətini ağır qiymətləndirirlər. Hadisənin başvermə səbəbi araşdırılır. 

Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12918
avatar

Oxşar yazılar