Hamamda intihar  - TƏFƏRRÜATLAR
13 may 2020 10:40 (UTC +04:00)

Hamamda intihar - TƏFƏRRÜATLAR

Şəmkirdə baş verən intiharla bağlı bir sıra detallar məlum olub.

Kütləvi informasiya vasitələrində rayonun Əliyaqublu kənd sakini 30 yaşlı C.Əliyevin özünü asıb intihar etməsi barədə xəbər yayılıb.

Kənd ərazi nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, hadisə bu gecə baş verib:

"Ailə üzvləri səhər saat 7-də görüblər ki, C.Əliyev özünü hamam otağında asıb.

Mərhum 3 ildir ailə qurub, övladları yoxdur. Evdə anası və həyat yoldaşı ilə qalıb. Qardaşı Bakıda işləyən C.Əliyev fəhləlik edib. Əvvəllər ailədə heç bir problem yaşanmayıb, heç vaxt ailə münaqişəsi olmayıb. Buna görə də onun hansı səbəbdən intihar etməsi məlum deyil".

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5580
avatar

Mehman Nəbiyev

Oxşar yazılar