Hacıqabulda avtomobil dirəyə çırpılıb, ölən var - FOTO
01 dekabr 2020 08:11 (UTC +04:00)

Hacıqabulda avtomobil dirəyə çırpılıb, ölən var - FOTO

0

 

Hacıqabul rayonunda baş vermiş avtoqəza zamanı bir nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 80-ci km-də, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

1947-ci il təvəllüdlü Bəylərov Elbrus Yelmar oğlunun idarə etdiyi "KIA" markalı avtomobil yoldan çıxaraq dəmir dirəyə çırpılıb. Hadisə zamanı avtomobildə olan sürücünün həyat yoldaşı - 1956-cı il təvəllüdlü Bəylərova Sima Əli qızı dünyasını dəyişib.

Faktla bağlı araşdıma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1785

Oxşar yazılar