Göyərçin oğrusu saxlanıldı
02 sentyabr 2020 19:29 (UTC +04:00)

Göyərçin oğrusu saxlanıldı

Bakıda bir neçə evin həyətindən oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, müxtəlif vaxtlarda 5 evdən və həyətyanı sahələrdən velosiped, məişət əşyaları və 22 göyərçin oğurlanıb.

Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Ələkbərov saxlanılıb.

# 2206
avatar

Mehman Nəbiyev

Oxşar yazılar