Gəncə sakini bıçaq xəsarəti alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
1996 ci il təvəllüdlü Əliyev Nail Elşad oğlu qarnın kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 24 yaşlı oğlan özü özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.