Gənc ana azyaşlı qızı ilə yoxa çıxdı - FOTO
05 may 2020 16:25 (UTC +04:00)

Gənc ana azyaşlı qızı ilə yoxa çıxdı - FOTO

Ağstafa rayonu, Köçəsgər kənd sakinləri, 25 yaşlı Qurbanova Aişə və övladı 4 yaşlı Nuray Əsədova aprelin 25-də  yaşadığı evdən çıxıb Tovuz rayonu istiqamətinə gedərək bir daha geri qayıtmayıblar.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, A.Qurbanovanın əlamətləri belədir: boyu 166 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, sol yanağında qara  xal var. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, ayağında qara rəngli idman ayaqqabısı olub. Övladının əynində qara rəngli şalvar, bənövşəyi kofta, ağ-qara rəngdə idman ayaqqabısı olub

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02231-5-00-94  şəhər və (070) 213-64-00, (051) 611-79-50  mobil nömrələrinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865
avatar

Mehman Nəbiyev

Oxşar yazılar