Fərdi yaşayış evində partlayış nəticəsində 2 nəfər yandı - YENİLƏNİB
24 noyabr 2020 09:28 (UTC +04:00)

Fərdi yaşayış evində partlayış nəticəsində 2 nəfər yandı - YENİLƏNİB

Şəkidə evdə partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib. Bildirilir ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Saat: 08:21

Bu gün səhər saat 07 radələrində Şəkinin Çeşməli kəndində, kənd sakini Ağabəy Əsədullah oğlu Ağayevə məxsus, ümumi sahəsi 110 kv/m olan olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evində qaz sızmasından partlayış baş verib. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, partlayış nəticəsində evin qapı-pəncərəsi dağılıb, evdə yanğın baş verib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri və müvafiq qrumlar cəlb edilib. 

Partlayış zamanı 1967-ci il təvəllüdlü Fəridə Hacıxan qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona üzün, yuxarı və aşağı ətrafların 2-3A dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1339
avatar

Mehman Nəbiyev

Oxşar yazılar