Sumqayıt sakini yaşadığı binanın 2-ci mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb.
Ağır xəsarət alan şəhər sakini, 24 yaşlı Əliyev Şahin Allahyar oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.