Evi tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı
27 noyabr 2020 09:51 (UTC +04:00)

Evi tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini, Orxan Orucovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndərib.

O. Orucov barəsində rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1090
avatar

Oxşar yazılar