Binəqədi rayon Polis İdarəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat tədbiri keçiriblər.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Surxayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin, Xətai rayonu Əhmədli qəsəbəsindəki evindən isə 2 kiloqram 770 qram heroin, 170 qram metamfetamin, 4 ədəd elektron tərəzi, 10 ədəd tramadol və 1 ədəd preqabalin həbi aşkar edilərək götürülüb.