Dünən yollarda iki nəfər ölüb
19 may 2020 12:01 (UTC +04:00)

Dünən yollarda iki nəfər ölüb

Respublikanın daxili işlər orqanları gün ərzində törədilən 32 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1378
avatar

Mehman Nəbiyev

Oxşar yazılar