Dünən  yol qəzalarında 8 nəfər ölüb
05 may 2020 11:47 (UTC +04:00)

Dünən yol qəzalarında 8 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 41 cinayətin üstünü “isti izlər”lə açıb.  

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 7 nəfər xəsarət alıb.   

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962
avatar

Mehman Nəbiyev

Oxşar yazılar