Bakıda qadın dərmandan zəhərlənib.
APA-nın məlumatına görə, Novxanı qəsəbəsində yaşayan, 67 yaşlı Firuzə Vəliyeva mayın 25-də yaşadığı evdə "Dumble" adlı bitki dərmanı qəbul edib. Dərmandan zəhərlənən qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Ağ ciyər xəstəliyi və şəkərli diabetdən əziyyət çəkən qadın iyunun 3-də xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.