Dövlət qoruğunda "tokla" balıq ovlayan şəxs saxlanıldı
30 yanvar 2020 16:48 (UTC +04:00)

Dövlət qoruğunda "tokla" balıq ovlayan şəxs saxlanıldı

0

Mingəçevirdə elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu edən şəxs saxlanılıb. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qarayazı Dövlət Təbiət Qoruğunun 3 saylı Sadıxlı meşəbəyliyi ərazisində baş verib. Belə ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir və Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşları ekoloji cinayətlərin törədilməsində iştirakı olan şəxslərin müəyyən edilməsi məqsədilə keçirdikləri əməliyyat tədbirləri zamanı çayda elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlayan Qazax rayon Sadıxlı kənd sakini, 1983-cü il təvəllüdlü Osmanov Ramil Tofiq oğlu saxlanılıb. Ondan elektrik cərəyanı yaradan mühərrik, 25 metr elektrik naqili, bir ədəd balıq ovu vasitəsi və 13 ədəd daban balığı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2072

Oxşar yazılar