Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Paşayev Yaşar Hacı oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.