Astarada dənizdə batan gəncin meyiti çıxarılıb.
APA-nın yerli bürosunun məlumatına görə, Astara rayonunun Maşxan kənd sakini, 24 yaşlı Rəşad Mehdi oğlu Baxşıyevin meyiti dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
17:40
Astarada bir nəfər dənizdə batıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Baxşıyev Rəşad Mehdi oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.