Dəniz qırağından qum daşıyanlar cərimələndi
19 iyun 2020 10:10 (UTC +04:00)

Dəniz qırağından qum daşıyanlar cərimələndi

Goradil qəsəbəsinin Xəzər sahili ərazisində qum daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı Goradil bağlar massivinin Xəzər dənizi sahilində gecə saatlarında "KamAZ" markalı yük maşınına qum yükləndiyi aşkar edilib.

Faktla bağlı qanun pozucuları Abşeron rayon sakinləri Səbuhi Qocayev və Əhməd Məmmədov barəsində protokol tərtib edilib və onlar 3764 manat məbləğində cərimə olunub.

Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qum daşınması hallarına yol verilməməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə məktub göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1762
avatar

Mehman Nəbiyev

Oxşar yazılar