Dayı bacısı oğlunu güllələdi
02 noyabr 2020 12:55 (UTC +04:00)

Dayı bacısı oğlunu güllələdi

Noyabrın 1-də Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində şəhər sakini E.Mahmudov pnevmatik idman tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən bacısı oğlu M.Bəkirov qarın nahiyəsindən xəsarət alıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, xəstəxanaya yerləşdirilən M.Bəkirovun vəziyyəti qənaətbəxşdir.

Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mahmudov saxlanılıb, hadisə yerindən “Kral” markalı pnevmatik tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952
avatar

Mehman Nəbiyev

Oxşar yazılar