Gəncədə ahıl kişi dəm qazından zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1936-cı il təvəllüdlü Abbasov Cümşüd Rəhim oğlu yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən C.Abbasovun vəziyyəti ağır qiymətləndirilir.