Daxili İşlər Nazirliyi Sabirabadda iki piyadanın ölümünə səbəb olan qəza barədə məlumat yayıb.
Nazirliyin məbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, iyulun 7-də saat 13 radələrində Sabirabad şəhəri ərazisində şəhər sakini K.Nəsirli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Banı Əliyevanı və qızı Hədiyyəni vurub. Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, K.Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.