Qanunsuz gətirilən dərman vasitələri və digər əşyalarin ölkəyə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Gürcüstandan ölkəmizə gələn "Mercedes Benz Travego 17 SHD" markalı nəqliyyat vasitəsi "Qırmızı Körpü" gömrük postunda saxlanılıb.
Sürücü maşında gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda gömrük orqanlarına bəyan olunmamış müxtəlif adda 930 kapsul dərman preparatları, 4 ədəd üzərində "Smart connect", 5 ədəd "Upi watch" yazısı olan qol saatları, müxtəlif kosmetik əşyalar və sənaye malları aşkar olunub.