Kürdə batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində Məmmədli Emil Fərzi oğlunun axtarışları başa çatıb. E.Məmmədlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.