COVID-19 xəstəsi qaydalara məhəl qoymadı - ünvanına qaytarıldı
28 noyabr 2020 12:04 (UTC +04:00)

COVID-19 xəstəsi qaydalara məhəl qoymadı - ünvanına qaytarıldı

Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş rayon sakini G.Əsədov karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi  müəyyən edilib.

Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Hazırda Bərdə rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745
avatar

Mehman Nəbiyev

Oxşar yazılar