Nazirlər Kabinetinin qərarına müvafiq olaraq Abşeron Dairəvi dəmir yolu xətti üzrə bir sıra qatarların hərəkatı dayandırılacaq.
Bu barədə "APA-Economics"ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Məlumata əsasən, xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılmasını nəzərə alaraq, 7 iyul 2020-ci il tarixindən etibarən əlavə göstərişədək Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən bir sıra elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır.
İyulun 7-də qüvvəyə minəcək cədvəlləri nəzərinizə çatdırırıq: