Bu gündən işçilərin sayı ilə bağlı məhdudiyyət götürüldü
10 avqust 2020 03:18 (UTC +04:00)

Bu gündən işçilərin sayı ilə bağlı məhdudiyyət götürüldü

Bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər bu gündən ləğv edilib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində qəbul etdiyi növbəti tədbirlər paketində əksini tapıb. 

Bu sahələr aşağıdakılardır:

- Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

- Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

- Mühəndislik və layihələndirmə xidmətləri;

- Qablaşdırma məhsullarının istehsalı;

- Daş, metal və taxta məhsullarının istehsalı;

- Mebel istehsalı və təmiri;

- Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

- Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

- Onlayn satışlar;

- Kimyəvi təmizləmə;

- Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

- Avtomobillərin təmiri;

- Avtomobil yuyulma məntəqələri;

- Heyvan sığınacaqları;

- Tərcümə xidmətləri.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2911
avatar

Oxşar yazılar