“Biləsuvarda bir ailənin 4 üzvü qidadan zəhərlənməyib”.
Bu barədə APA-ya “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, həmin şəxslər özləri Kliniki Tibbi Mərkəzə müraciət ediblər: “Onlar ev şəraitində hazırlanan turşudan yeyib narahat olublar. Bu, qida zəhərlənməsi deyil. Həmin şəxslərdən üçünün vəziyyəti kafi qiymətləndirilib və evə buraxılıblar. Biri isə şöbədədir, o da evə buraxılacaq”.
***
10:32
Biləsuvarda pomidor turşusundan zəhərlənən Əhmədovlar ailəsinin 3 üzvü evə buraxılıb.
Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, yalnız ailənin 23 yaşlı qızı S.Əhmədova xəstəxananın yoluxucu xəstəliklər şöbəsində saxlanılıb.
***
Saat: 10:08
Biləsuvarda qidadan zəhərlənmə qeydə alınıb.
Lent.az-ın məlumatına görə, fevralın 2-də, səhər saat 5 radələrində, rayonun Günəşli kənd sakinləri 62 yaşlı Əhmədov Adil Ələsgər oğlu, Xasıyeva Mərifət Cahanşah qızı, 29 yaşlı Əhmədov Amil Adil oğlu, 23 yaşlı Əhmədova Sevanə Adil qızı zəhərlənərək rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Onların fevralın 1-i axşam yeməyi zamanı özlərinin hazırladığı pomidor turşusundan zəhərləndikləri bildirilir.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra səhər saat 8 radələrində Bakıdakı Kliniki Tibbi Mərkəzə göndəriliblər.
Məlumatla bağlı hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və iş üçün əhəmiyyətli olan digər zəruri hərəkətlər yerinə yetirilib.