Binanın şaxtasına düşdü: FHN xilas etdi
07 avqust 2020 10:01 (UTC +04:00)

Binanın şaxtasına düşdü: FHN xilas etdi

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin binanın şaxtasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş hündürmərtəbəli çoxmənzilli yaşayış binasının damında olarkən ehtiyatsızlıqdan binanın şaxtasına düşüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın şaxtadan çıxarılmasını təmin ediblər.

Xilas olunan şəxs aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1539

Oxşar yazılar