Bibisini zorakılıqla öldürən şəxs MƏHKƏMƏDƏ
25 noyabr 2020 09:35 (UTC +04:00)

Bibisini zorakılıqla öldürən şəxs MƏHKƏMƏDƏ

0

Bakının Sabunçu rayonunda birgə yaşadıqları evdə bibisini zorakılıqla öldürən Orxan Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işinin istintaqı baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Əliövsəd Abbasov sədrlik edəcək.

Qeyd edək ki, bu ilin iyun ayında Sabunçu rayonu ərazisində 1958-ci il təvəllüdlü Afət Allahverdiyevanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Orxan Allahverdiyevin birlikdə yaşadığı bibisi Afət Allahverdiyevanı şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə nəticəsində küt alətlə baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Allahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1336

Oxşar yazılar