Baş Prokurorluğun mətbuat xidməti sosial şəbəkədə aktivləşməklə bağlı qərar verib.
Qurumdan Lent.az-a verilən məlumata görə, prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən, kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilib. Səhifələrdə daimi olaraq prokurorluq orqanlarının fəaliyyətinə dair informasiyalar çevik və operativ olaraq paylaşılacaq.
Səhifələrin zamanın tələbinə uyğun olaraq vizual və texniki baxımdan gücləndirilməsi məqsədilə işlər davam etdirilir. Qeyd edək ki, bundan əvvəl prokurorluğun bir sıra şəbəkələrdəki hesabları deaktiv edilmişdi.
Məlumatlandırıcı qısa videoçarx təqdim olunur: