Bakı şəhər sakininin rayonda törətdiyi qanunusuz əməlin üstü açılıb.
Lent. az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdiyi məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini N.Şahverdiyevin Təzə Alvadı kəndi ərazisində gizlətdiyi 1 kiloqram heroin və 1 kiloqramdan artıq metamfetamin aşkar edilərək götürülüb.