Bakıdakı qəza ölümlə nəticələndi
24 aprel 2020 10:24 (UTC +04:00)

Bakıdakı qəza ölümlə nəticələndi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 56 yaşlı A. Məmmədovun idarə etdiyi “Daewoo" markalı avtobusla 54 yaşlı N. Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Oxşar yazılar