Bakıda Yevlax sakinindən odlu silah aşkarlanıb.
Lent.az-ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Binə qəsəbəsində yaşayan Yevlax rayon sakini, 34 yaşlı Nicat Əbdülrəhmanovun evində axtarış aparılıb. Bu zaman onun həyətində torpağa basdırdığı “TT” markalı tapança və 24 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.