Bakıda qətl törədən şəxs həbs olundu
01 dekabr 2020 15:23 (UTC +04:00)

Bakıda qətl törədən şəxs həbs olundu

Xəbər verildiyi kimi, noyabrın 26-da Yasamal rayonu ərazisində Əli Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yasamal Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində 28.11.2020-ci il tarixdə cinayəti törətməkdə şübhəli bilinən şəxs Abdullayev Həsənağa Fazil oğlu tutulmuş,  30.11.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1045
avatar

Mehman Nəbiyev

Oxşar yazılar