Bakıda motosiklet sürücüsünü avtomobil vurdu
17 iyun 2020 01:14 (UTC +04:00)

Bakıda motosiklet sürücüsünü avtomobil vurdu

0

 

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

1992-ci il təvəllüdlü Məmmədov Qadir Qabil oğlu idarə etdiyi motosikletlə hərəkətdə olan zaman onu minik avtomobili vurub.

Həmin avtomobilin sürücüsü ərazidən uzaqlaşıb.

Q.Məmmədov sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2030

Oxşar yazılar