Bakıda maşın aşdı: ölən var
17 noyabr 2020 15:13 (UTC +04:00)

Bakıda maşın aşdı: ölən var

Bakıda ölümə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakini R.Heydərov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərindən Abşeron rayon sakini Ramil Sarıyev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862
avatar

Mehman Nəbiyev

Oxşar yazılar